PDF Oxu

Dünya

  • 969

“Suriya Azadlıq Ordusu”  Dəməşq ətrafına hücum edib

“Suriya Azadlıq Ordusu” Dəməşq ətrafına hücum edib

"Röyters" informasiya agentliyinin yaydığı məlumata görə, noyabrın 16-na keçən gecə "Suriya Azadlıq Ordusu" Dəməşqin kənarında yerləşən Suriya hərbi-hava qüvvələrinin kəşfiyyat xidmətinə məxsus binalara hücum edərək, binada olanlara minomyot və pulemyotlardan atəş açıb. Agentliyin qeydinə görə, onların bu hücumu ölkədə dövlət əleyhinə nümayişlərin başlanmasından sonra ilk böyük hücum hesab edilib. Agentlik döyüşdə vertolyotların da iştirak etdiyini bildirir.

"Röyters"in məlumatına görə, noyabrın 15-də Suriya hökuməti kütləvi nümayişlərdə iştirak edən 1180 nəfəri həbsxanadan azadlığa buraxıb. Ölkə prezidenti Bəşər Əsədi təhqir etdiyinə görə, 15 il müddətinə azadlıqdan məhrum edilmiş dissident Kamal Labvani də azadlığa bura- xılanlar arasındadır. K.Labvaninin qızının "Röyters"ə verdiyi məlumata görə, 54 yaşlı atası özünü yaxşı hiss etsə də, hazırda ölkədə baş verən hadisələri dərk etmək iqtidarında deyil. Qızının dediyinə görə, həbsxanada atasına qəzet mütaliə etməyə qadağan edibmişlər. Xatırladırıq ki, K.Labvani 2005-ci ildə həbs edilmişdi.

Suriyada baş verən mitinq və nümayişlərdən sonra minlərlə adam həbsxanalara atılsa da, minlərlə adam itkin düşmüşdür. Suriya hökuməti nümayişçilərin 1100 nəfərdən çox polisi və hərbi qulluqçunu qətlə yetirdiyini iddia edir.

Digər xəbərlər