"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, noyabrın 16-da ölkənin yeni koalisiya hökuməti deputatların etimadını qazanıb. Deputatların əksəriyyəti Lukas Papadimos hökumətini dəstəkləyib. Yeni hökumətin tərkibinə iqtidarda olan sosialist PASOK partiyasından başqa, sağ mərkəzçi "Yeni Demokratiya" və millətçi "Pravoslav Xalq Çağırış" partiyalarının nümayəndələri də qatılıb. Yunanıstanın keçmiş baş naziri Georgios Papandreu yeni koalisiya hökuməti ideyasını qəbul etməmiş və noyabrın 7-də istefaya çıxmışdır.
Yeni hökumət qarşısına ölkədə baş vermiş maliyyə böhranının qarşısını almaq yönündə tədbirlər paketi qoyulmuşdur. Yunanıstan xalqı dövlət xərclərinin ixtisarı əleyhinə fəal mübarizə aparır. Ancaq bu cür xərclərin ixtisarı məcburidir və onu Yunanıstan hökuməti qarşısında Avropa Birliyi qaldırıb.
Hazırda Yunanıstanın xarici ölkələrə olan borcu 350 milyard avro məbləğindədir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...