PDF Oxu

Dünya

  • 2 667

Nümayişçilər Küveytin parlament binasına soxulub

Nümayişçilər Küveytin parlament binasına soxulub

"Röyters" informasiya agentliyinin yaydığı məlumata görə, noyabrın 16-da axşam radələrində onlarla etiraz aksiyası iştirakçısı Küveytin Milli Assambleyasının binasına soxulmuşlar. Onlar ölkənin baş naziri Nasir əl-Məhəmməd əl-Sabahın istefasını tələb edir, onu korrupsiyada ittiham edir və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirdilər. Milli Assambleya binasına soxulanlar müxalifət nümayəndələri olub. Onlar parlament zalında milli himn oxumuş və bir neçə dəqiqədən sonra bayıra nümayişçilərin yanına qayıtmışlar. Nümayişdə bir neçə min nəfər iştirak edib.

Noyabrın 16-da 20 nəfərədək müxalifət təmsilçisi parlament yığıncağını boykot edib. Nümayişçilərin parlament binasına soxulmalarının səbəbi onların Nasir əl-Sabahın evinə doğru yürüşünə polisin müdaxiləsi olub. "Əl-Cəzirə" telekanalının məlumatına görə, polis rezin güllələrdən istifadə edib. Şahidlərin dediklərinə görə, beş nümayişçi bədən xəsarəti alıb. 71 yaşlı Şeyx əl-Sabah ölkə əmiri Sabah əl-Sabahın qardaşı oğludur.

Digər xəbərlər