PDF Oxu

Dünya

  • 1 062

San-Fransiskoda 100 tələbə nümayişçi həbs edilib

San-Fransiskoda 100 tələbə nümayişçi həbs edilib

"The San-Fransisko Chorocle" qəzetinin yazdığına görə, noyabrın 16-da San-Fransiskoda təhsil üzrə əmək haqlarının artırılmamasına etiraz əlaməti olaraq nümayişə çıxan tələbələrin 100 nəfəri həbs edilib. Qəzet yazır ki, həmin gün nümayişə çıxan 200 nəfərədək tələbə San-Fransiskonun "Bank of America" filialını ələ keçirərək, onun içərisində "Ar olsun, ar olsun" sədaları altında oturaq aksiya keçirib. Tələbələr Kaliforniya Universitetinin idarəetmə strukturlarının varlı olduqlarını dilə gətirib, onların ali məktəb problemlərini həll etmək istəmədiklərini bildiriblər. Onların məhz bu bankı hədəf kimi seçmələrinin səbəbi direktorlar şurasının universitet üzrə üzvlərindən birinin Monika Lozano olması idi. Tələbələr idarəetmə orqanının daim tələbələrin təhsil haqlarının artırılmasından şikayətlənmişlər. Bir müddət sonra tələbələrin bir hissəsi bayırdakı nümayişçilərə qoşulmuşlar. Bankda 75 nəfər qalmışdı. Polis nümayişçiləri bir-bir ayağa qaldırıb avtomobillərə mindirmişlər. Tələbələri qeyri-qanuni banka girmək ittihamı gözləyir. San-Fransiskoda keçirilən etiraz aksiyasında 400 nəfərə yaxın nümayişçi iştirak etmişdir.

"CNNM"-in məlumatına görə, Amerikanın 10-larla milyonçusu Konqresə gəlib onların vergilərini artırmağa tələb ediblər. Milyonçuların qanunvericilər qarşısına qoyduqları tələblərdən biri varlıların vergilərini artırmaq olmuşdur. Onlar xatırlatmışlar ki, prezident Corc Buş (kiçik) onlardan böyük vergi ödənci alırdı. Bu milyonçular qrupu Vaşinqtonda vergi islahatları ilə məşğul olan Superkomitə üzvləri ilə görüşməyi planlaşdırırlar. Həmin strukturun başlıca vəzifəsi yaxın 10 il ərzində büdcə kəsirində 1,2 trilyon dollar həddində qənaət yaratmaqdır. Qanun layihəsi noyabrın 23-dək qəbul edilməlidir.

Digər xəbərlər