PDF Oxu

Dünya

  • 960

Dünya mətbuatı Azərbaycan haqqında

Dünya mətbuatı Azərbaycan haqqında

Yaponiyanın nüfuzlu "Asahi Şimbun" qəzetində Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadənin Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə əlaqədar müsahibəsi dərc edilib.

Müsahibədə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu oxucuların diqqətinə çatdırılıb. Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli yola nəzər salınıb, onun Şərqdə ilk demokratik respublika olduğu vurğulanıb.

Son iyirmi il ərzində Azərbaycanın bir sıra mühüm uğurlara imza atdığı, dövlətçiliyin möhkəmləndirildiyi, eləcə də sosial, siyasi, iqtisadi sahədə mütərəqqi islahatların həyata keçirildiyi diqqətə çatdırılıb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş strateji inkişaf xəttinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin sabit siyasi sistemə malik demokratik dövlətə çevrildiyi qeyd olunub. Həmçinin ölkəmizin iqtisadi qüdrəti vurğulanaraq, zəngin karbohidrogen ehtiyatlarına malik bir dövlət kimi qlobal enerji təhlükəsizliyinin təminatında mühüm yer tutduğu, regional əhəmiyyətli iqtisadi layihələrin reallaşdırılmasında əsas söz sahiblərindən biri olduğu vurğulanıb.

Cari ildə Azərbaycan nümayəndələrinin "Eurovision" mahnı müsabiqəsinin qalibi olduqlarına görə gələn il Bakıda keçiriləcək müsabiqəyə minlərlə turistin gəlişinin gözlənildiyi oxucuların nəzərinə çatdırılıb, həmin turistlər arasında yaponiyalı turistləri görməkdən çox məmnun olacağımız bildirilib. Sonra Azərbaycan-Yaponiya əlaqələrinə dair məlumat verən diplomat siyasi, iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirib.Yaponiyanın nüfuzlu "Asahi Şimbun" qəzetində Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadənin Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə əlaqədar müsahibəsi dərc edilib.

Digər xəbərlər