PDF Oxu

Dünya

  • 1 085

İlin əvvəlindən Çeçenistanda 131 silahlı qətlə yetirilib

İlin əvvəlindən Çeçenistanda 131 silahlı qətlə yetirilib

"İnterfaks" informasiya agentliyinin respublika Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə mətbuat xidmətinə əsaslanaraq, yaydığı məlumata görə, Çeçenistanda ilin əvvəlindən müqavimət göstərən 131 silahlı məhv edilib. DİN əməkdaşları operativ-axtarış əməliyyatları çərçivəsində 62 nəfər şübhəli şəxsi həbs edib, 82 qeyri-qanuni hərbi formalaşmalara yardım edənləri silahsızlaşdırıb və 533 ədəd odlu silah müsadirə edib.

Federal Dairənin mətbuat xidmətinin məlumatına görə, 2011-ci ilin yanvar-sentyabr aylarında ağır cinayətlərin miqdarı ötən ildəkinə nisbətən 27,1 faiz aşağı olub. Qəsdlə adam öldürmələrin sayı 11,4, adam oğurluğu 27,3, hüquq-mühafizə orqanı əməkdaşlarının həyatına sui-qəsd hallarının sayı isə 9,6 faiz aşağı olub.

Çeçenistanın dövlət başçısı Ramzan Kadırovun dediyinə görə. respublikada silahlıların sayı get-gedə azalmaqdadır. Onun dediyinə görə, 2011-ci ilin oktyabrında respublika ərazisində 57 silahlı qalıb. R.Kadırov 2011-ci ilin oktyabrında 70 silahlının qaldığını bildirmişdi.

Digər xəbərlər