PDF Oxu

Dünya

  • 973

İspaniya parlamentində Xalq Partiyası çoxluq qazanıb

İspaniya parlamentində Xalq Partiyası çoxluq qazanıb

"El Mundo" qəzetinin yazdığına görə, noyabrın 20-də İspaniyada keçirilən parlament seçkilərində sağ mərkəzçi Xalq Partiyası qalib gəlib. Bülletenlərin 100 faizinin araşdırılmasından sonra Xalq Partiyasının 44,62 faiz səs qazanması onun parlamentdə olan 350 yerdən 186-nı qazanmasına səbəb olub. Bu qələbə Xalq Partiyasına hökuməti formalaşdırmaq imkanı verir. Partiyanın lideri Mariano Raxoyun baş nazir postunu tutacağı gözlənilir.

2004-cü ildən iqtidarda olan Sosialist Fəhlə Partiyası 28,83 faiz səs toplayıb. Buna görə də, sosialistlər dekabrın 13-də işə başlayacaq parlametin yeni çağırışının yığıncağında 110 deputat yeri ilə çıxış edəcək. Politoloqlar parlament seçkilərində sosialistlərin məğlubiyyətə uğrayacaqlarını ehtimal edirdilər. Onlar bu fikirlərini İspaniya iqtisadiyyatının böhranı, işsizliyin 20 faiz artması və əhalinin iqtidar təmsilçisi olan sosialisitlərdən narazı olmaları ilə əlaqələndirirdilər. Xatırladırıq ki, ölkənin baş naziri və sosialistlərin təmsilçisi Xose Luis Rodriges Sapatero ölkə əhalisi üçün qeyri-populyar olan bir neçə sərt tədbir görməyi lazım bildi. O, parlamenti buraxdı və növbədənkənar seçkilərinin keçirilməsini 2011-ci ilin sentyabr ayının axırlarına təyin etdi. Sapatero parlament seçkiləri zamanı sosialistlərə başçılıq etməkdən imtina etdi. Həmin vaxt partiya rəhbərliyi ölkənin keçmiş daxili işlər naziri Alfredo Peres Rubalkaba təqdim edildi.

Digər xəbərlər