PDF Oxu

Dünya

  • 895

Türkiyə Almaniyadan  neonasistlərin öldürdükləri türklər haqda hesabat tələb edib

Türkiyə Almaniyadan neonasistlərin öldürdükləri türklər haqda hesabat tələb edib

"Tagesşpigel" qəzetinin yazdığına görə, Türkiyə hökuməti Almaniyadan Svikkauda bir qrup neonasist bandit dəstəsinin öldürdüyü türk mühacirləri haqda hesabat tələb edib. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun verdiyi bəyanatda deyilir ki, Berlin öldürülən hər bir türkün axıdılmış "hər bir damla qanı üçün" cavabdehlik daşımalıdır.

Ankara sağ ekstremist alman qruplaşmaları tərəfindən qətlə yetirilmiş türk mühacirlərini "əzabkeşlər" adlandırır. Ə.Davudoğlunun dediyinə görə, bu ifadəni o, xüsusi olaraq, ona görə bu cür qəbul edib ki, türk mühacirlərini məhz milli mənsubiyyətlərinə görə qətlə yetiriblər. Türkiyə hökuməti Almaniyanın xüsusi xidmət orqanlarının bu cinayətdə əlinin olmaması məsələsini də yoxlamağı tələb edir.

Türkiyədə bu məsələ ona görə narazılıq doğurub ki, Almaniyada bu yöndə düzgün təhqiqat aparılmayıb. 2006-cı ildə neonasist bandası tərəfindən öldürülmüş türk mühacirinin dul arvadı Əlif Kubazikin "Sabah" qəzetinə verdiyi müsahibədə dediyinə görə, alman polisi onu şübhəli şəxs qismində saxlayaraq, neonasistlər haqda versiyanı yoxlamağı vacib hesab etməyib. Qadının dediyinə görə, bir neçə il ərzində Türkiyədə Almaniya vətəndaşı öldürülsəydi və bu ölkədə onun qatilləri tapılmasaydı, narahatlıq keçirən bütün Avropa türkləri barbar adlandırardı.

Almaniyanın ədliyyə naziri Zabina Loytxoysser-Şnarrenberger "Welt" qəzetinə verdiyi müsahibədə həlak olan türk mühacirlərin ailəsinə həmrəylik əlaməti olaraq maddi yardım ediləcəyini bildirib.

Digər xəbərlər