PDF Oxu

Dünya

  • 926

ABŞ İran üzərinə yeni sanksiya tətbiq edib

ABŞ İran üzərinə yeni sanksiya tətbiq edib

"Röyters" informasiya agentliyinin yaydığı məlumata görə, bazar ertəsi ABŞ prezidenti Barak Obama İran üzərinə yeni sanksiyaların tətbiq edilməsi haqda sərəncam vermişdir. Yeni sanksiyalar paketi İranın neft-kimya və energetika sektorunu əhatə edir. Sanksiya energetika sahəsində İran kəşfiyyatına kömək edən fiziki və hüquqi şəxslərə tətbiq edilir. "Frans Press"in məlumatına görə, ABŞ-ın tətbiq etdiyi yeni sanksiyalar birbaşa İranın energetika sektoru ilə əlaqədardır. Bununla əlaqədar ABŞ-ın dövlət katibi Hillari Klinton demişdir: "Son vaxtlar İran liderlərinin beynəlxalq ictimaiyyət qarşısında götürdükləri öhdəlikləri yerinə yetirmədikləri müəyyən edilib. Yeni sanksiyalar da məhz İran hökumətinin bu cür davranışlarına görə tətbiq edilib".

Digər xəbərlər