"Ukrainskiye Novosti" qəzetinin yazdığına görə, Kiyev şəhərində Ukraynanın keçmiş baş nazirinin saxlandığı Lubyanovsk təcridxanası önünə "Batkivşşina" partiyasının gənclər qanadının fəalları toplaşmışlar. Təcridxana yaxınlığında üzərinə "Yuliya, sən tək deyilsən!" yazılmış plakat da qoyulmuşdur. Burada ətrafa musiqi sədaları yayılan səhnə də quraşdırılmışdır. RİA "Novosti"nin məlumatına görə, təcridxana ətrafına çoxlu sayda nümayişçi yığışdığından, izalyator ərazisindən bayıra, bayırdan isə təcridxanaya girmək müşkül məsələyə çevrilmişdir. Timoşenkonu dəstəkləyən etiraz aksiyası 22 noyabra - "narıncı inqilab"ın ildönümünə təsadüf edir.
Yuliya Timoşenko yaxın günlərdə, Rusiya və Ukrayna arasında qaz müqaviləsi imzalanarkən səlahiyyətlərini aşması səbəbindən, 7 il müddətinə həbs edilmişdi. Bundan başqa, onu həm də "Ukraynanın vahid energetik sistemi" korporasiyası ilə əlaqədə də təqsirli bilmişdilər. Y.Timoşenko həmin illərdə - 1990-cı illərdə rəhbər vəzifədə təmsil olunmuşdu. Digər ittihamlar üzrə, hələlik, məhkəmə iddiaları qaldırılmır. Timoşenkonun özü üzərinə qoyulan ittihamları rədd edir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...