"Röyters" informasiya agentliyinin Liviyanın Milli Keçid Hökumətindəki mənbəyə əsaslanaraq, yaydığı məlumata görə, noyabrın 21-də ölkənin baş naziri Rəhim əl-Kib yeni müvəqqəti hökumətin formalaşdırılmasına nail olub. Mənbənin məlumatına görə, müdafiə naziri postunu vətəndaş müharibəsi dövründə Zintan üsyançılarının hərbi dəstələrinə başçılıq edən Üsamə əl-Cuvali tutub. Liviyanın xarici işlər naziri vəzifəsi BMT ölkələri nümayəndəliyində öz ölkəsinin təmsilçisinin müavini vəzifəsində çalışan İbrahim Dabaşşiyə həvalə edilib. Əvvəllər neft nazirliyində çalışmış Əli Tarxuni maliyyə naziri vəzifəsinə layiq görülüb. Neft naziri postunda isə, əvvəllər də neft sənayesi sahəsində işləmiş Hasan Ziqlam oturub. Noyabrın 22-də də hökumətin yeni kabinetini təmsil edəcək şəxslərin vəzifəyə təyinatı davam etdirilib. Baş nazir əl-Kib əvvələr də bəyan etmişdi ki, kabinetin tərkibi ölkənin bütün regionlarını əhatə edəcək.
Yeni hökumtə keçid dövrü ərzində ölkədə rəhbərlik edəcək. Bu hal yeni idarəetmə institutları yarananadək davam edəcək. Növbəti yeddi ay ərzində Liviya xalqı ölkə konstitusiyasını qəbul edəcək Milli Şuranı seçməli olacaq. Ancaq bundan sonra parlament seçkilərinin keçiriləcəyi gözlənilir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...