PDF Oxu

Dünya

  • 768

Yəmən prezidenti  təhvil-təslimə  hazırlaşır

Yəmən prezidenti təhvil-təslimə hazırlaşır

Yəmən prezidenti Əli Abdullah Saleh Səudiyyə Ərəbistanına gəlib. O, burada hakimiyyəti təhvil verməsini nəzərdə tutan razılaşma sənədinə qol çəkəcək. Prezident və müxalifət bu razılaşmanı qəbul edir. Razılaşmaya görə, Saleh hakimyyəti vitse-prezidentə ötürür, o da ölkəni azad seçkilərə hazırlayır.

Qeyd edək ki, 10 aydır Yəməndə prezidentin istefası tələbi ilə etiraz aksiyası keçirilir. Əli Abdullah Saleh bir neçə dəfə hakimiyyəti ötürməyə razılıq verib. Aksiyalar zamanı o da ağır yaralanmışdı.

Prezident ölkədə olmadığı vaxtda isə ona sadiq ordu qüvvələri şeyx Sadiq əl-Əhmərin rəhbəri olduğu Haşid qəbiləsinin üsyançıları ilə döyüşə girib. Qarşıdurma səhər paytaxt Sanada başlayıb. Şahidlərin sözlərinə görə, Hasab rayonunda partlayış və avtomatlardan atəş səsləri eşidilir. Döyüşlər prezidentin təyyarəsi Səudiyyə Ərəbistanı paytaxtına enəndən bir neçə saat sonra başlayıb. Saleh burada hakimiyyətdən gedəcəyini nəzərdə tutan sənədə qol çəkməlidir. Bunun müqabilində isə o, ailə üzvlərinin təhlükəsizliyinə təminat istəyib.

Digər xəbərlər