PDF Oxu

Dünya

  • 898

Qorbaçov Putinə  qarşı çıxdı

Qorbaçov Putinə qarşı çıxdı

"Vladimir Putinin üçüncü dəfə prezidentliyə namizədliyinin irəli sürülməsi ölkə konstitusiyanın tələblərini formal olsa da təmin edir. Lakin bu, demokratiyanın prinsiplərinə ziddir". Bu sözləri "Associated Press"ə müsahibəsində SSRİ-nin ilk və sonuncu prezidenti olmuş Mixail Qorbaçov səsləndirib.

Onun sözlərinə görə, Rusiya demokratik dövlət olmaqdan çox-çox uzaqdır. "Rusiyada demokratiyanın yolunda başlıca maneə ondan ibarətdir ki, ölkənin liderləri demokratik deyillər, çünki xalqın maraqlarını qorumurlar" - deyə o o əlavə edib. Eks-prezidentin qənaətincə, sükanın arxasında sözün əsl mənasında xalqın maraqlarını və hörmətini qazanan liderlər durmalıdırlar, korporativ maraqlara xidsmət edən şəxslər yox: "Putinin isə növbəti dəfə seçkilərdə iştirak etmək istəyi demokratiyanın pinsiplərinə ziddir".

Digər xəbərlər