İstefası tələb edilən Misir Ali Hərbi Şurasının sədri, feldmarşal Məhəmməd Hüseyn Tantaui ölkə vətəndaşlarına müraciətində bəyan edib ki, baş nazir İslam Şərəfin istefasını qəbul edir. O, həmçinin bildirib ki, yaxın vaxtlarda "böhran hökuməti" təsis ediləcək və o, "Milli xilas hökuməti" adlandırılacaq. Tantaui vurğulayıb ki, bu, mülki şəxslərdən, siyasi partiya nümayəndələrindən ibarət olacaq.
Onun sözlərinə görə, hərbçilər hakimiyyəti əllərində saxlamaq istəmirlər, istənilən an məsuliyyəti təhvil verməyə və ölkənin qorunması üzrə öhdəliklərinin müdafiəsinə qayıtmağa hazırdırlar. Feldmarşal qeyd edib ki, ölkədəki vəziyyətə baxmayaraq, parlament seçikləri nəzərdə tutulan vaxtda keçiriləcək. "Prezident seçkiləri isə gələn il iyunun 30-dan tez olmayacaq. Bizim əsas məqsədimiz təhlükəsizliyin təmin olunmasıdır. Keçid dövründə ölkəni idarə etmək asan məsələ deyildi. Bizim üçün əsas milli maraqlardır. Hər dəfə seçkilər yaxınlaşanda gərginlik artmağa başlayır. Məni seçkilərdə kimin qələbə qazanacağı narahat etmir, biz xalqın iradəsinə hörmət edirik. Bizi hansısa liderlərə və partiyalara yaxınlıqda ittiham edənlər yanılırlar. Hərbi Şura - xalqın iradəsinin dəyişməsi demək deyil". Lakin Tantauinin açıqlamasına baxmayaraq, Təhrir meydanında minlərlə insan Ali Hərbi Şuranın isteyasını tələb etməkdə davam edir. Təhrir meydanına yığışan minlərlə etirazçı hərbi hakimiyyət tərəfindən olunan güzəştləri rədd edib. Misir Silahlı Qüvvələri Ali Şurasının rejimi qəddarlığına görə, Hüsnü Mübarəki geridə qoyub. Bu, "Amnesty International" hüquq-müdafiə təşkilatının hazırladığı hesabatda əks olunub. Təşkilat hesab edir ki, hərbçilərin hakimiyyətdə olduğu doqquz ay ərzində bu ölkədə insan haqlarının pozulması kəskin artıb. Əsas azadlıqlar hələ də həyata keçməyib, söz azadlığı yoxdur. Jurnalistlər və bloqerlər özlərini təhlükəsiz hiss etmirlər. Mübarək getdikdən sonra işgəncələrin də sayı azalmayıb. ABŞ da Misirin müvəqqəti hakimiyyətini zorakılığa görə ittiham edib. Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland jurnalistlərə deyib ki, ABŞ Misirdəki zorakılıqdan narahatdır: "Biz polis tərəfindən həddən artıq çox güc işlədilməsinin əleyhinəyik. Misir hökumətini son dərəcə təmkinli davranmağa və misirlilərin söz və ifadə azadlığını müdafiə etməyə çağırırıq". 5 gün əvvəl başlayan aksiyalarda ölənlərinn sayı isə 36-ya çatıb, 2 minə yaxın insan yaralanıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...