Misirin nüfuzlu "Nahda Misir" qəzetinin 16 noyabr tarixli nömrəsində Azərbaycanın bu ölkədəki səfiri Şahin Abdullayevin müsahibəsi dərc olunub.
Səfirlikdən AzərTAc-a bildirmişlər ki, müsahibəsində səfir islam sivilizasiyasının ölkəmizə gəlişinin tarixindən danışmışdır. Diplomat Azərbaycanın ərəb dünyası ilə mədəni və tarixi əlaqələrindən, ölkəmizin Afrika, Yaxın Şərq və ümumiyyətlə, ərəb dünyasının qapısı sayılan Misirlə əməkdaşlığının daha da möhkəmləndirilməsində maraqlı olduğunu demişdir. Ş.Abdullayev 20 il əvvəl müstəqilliyini bərpa edən Azərbaycanın hazırda ərəb və islam dünyası ilə qarşılıqlı maraq əsasında yaxşı əlaqələr qurduğunu bildirmiş, Yaxın Şərq, xüsusən də Fələstin problemi ilə bağlı beynəlxalq təşkilatlarda tərəflər arasında səmərəli əməkdaşlığın aparıldığını qeyd etmişdir. Ş.Abdullayev Azərbaycanın Fələstin dövlətini tanıdığını və Bakıda Fələstin səfirliyinin fəaliyyət göstərdiyini diqqətə çatdırmışdır.
Müsahibəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verən səfir ərazilərimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğal edildiyini bildirmişdir. Diplomat işğalçı qüvvələrin Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4, eləcə də digər qətnamələrə baxmayaraq həmin sənədlərin Ermənistan tərəfindən icra edilmədiyini oxucuların diqqətinə çatdırmışdır.
Diplomat Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildiyini bildirmişdir. Seçkilərdə Azərbaycanı dəstəkləyən ərəb ölkələrinə təşəkkürünü bildirmişdir.
Oxuculara Azərbaycan iqtisadiyyatı barədə də məlumat verən Ş.Abdullayev ölkəmizin sənaye üsulu ilə neft hasil edən ilk ölkə olduğunu bildirmişdir. Azərbaycanın neft tarixi barədə də məlumat verən səfir ölkəmizin müstəqilliyin ilk illərində ümummilli lider Heydər Əliyevin qətiyyəti və böyük səyləri nəticəsində beynəlxalq transmilli şirkətlərlə "Əsrin müqaviləsi"nin imzalandığını, bununla da neft strategiyasının təməlinin qoyulduğunu vurğulamışdır. Hazırda Azərbaycanın neft və qaz ehtiyatlarının yeddi boru kəməri ilə dünya bazarlarına nəql edildiyini deyən səfir bütün bu imkanların ərəb ölkələri ilə birgə əməkdaşlığa və əlaqələrə şərait yaratdığını bildirmişdir.
Müsahibəsində Ş.Abdullayev, həmçinin Misirlə Azərbaycan arasındakı mədəni əməkdaşlıq barədə də məlumat vermiş, son illər ərzində Bakı və Qahirədə hər iki ölkənin mədəniyyət günlərinin keçirildiyini bildirmiş və bu tədbirlərin ölkəmizin ərəb dünyası ilə birgə mədəni dəyərlərin təbliği baxımından vacib olduğunu demişdir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...