"Röyters" informasiya agentliyinin yaydığı məlumata görə, Yəmənin yeni baş naziri müxalifət lideri Məhəmməd Basindva olacaq. Müvafiq sərəncamı vitse-prezident Abed Rabor Mansur əl-Hadi imzalayıb. Xatırladırıq ki, noyabrın 25-də ölkənin müxalifət təmsilçiləri Yəmənin baş naziri postuna M.Basindvanın namizədliyini irəli sürmüşdülər.
"Frans Press" agentliyinin məlumatına görə, Yəmən üsyanının liderlərindən biri olan M.Basindva prezident seçkilərinədək keçid hökumətini formalaşdıracaqdır. Xatırladırıq ki, Yəməndə prezident seçkiləri 2012-ci ilin 21 fevralında keçiriləcək. M.Basindava Yəmən prezidenti Əli Abdulla Salehin vaxtında xarici işlər naziri postunu tutmuş və Ümumxalq Milli Konqresinin üzvü olmuşdur. 2001-ci ildə, o, iqtidar partiyasını tərk edib, hakimiyyətin fəaliyyətini pisləməyə başlamışdır.
33 il ərzində Yəməndə hakimiyyət başında olan Saleh noyabrın 23-də hakimiyyətin müvəqqəti hökumətə ötürülməsi üçün sərəncam imzalamışdır.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...