"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, noyabrın 27-də Ərəb Dövlətləri Liqası (ƏDL) Bəşər Əsəd rejiminə münasibətdə iqtisadi sanksiyalar paketi qəbul edib. Suriya əleyhinə sanksiyaların tətbiq edilməsini ƏDL-in 22 iştirakçı ölkəsinin 19-u dəstəkləyib. "Frans Press" agentliyinin məlumatına görə, Livan və İraq bitərəf qalıb. Livan hökuməti ƏDL-in qərarına bitərəf yanaşıb. Bağdad isə ƏDL-in qərarını tamamilə qəbul etməyib.
Sanksiyalara Suriyanın Mərkəzi Bankı ilə əlaqə saxlamaq qadağan edilib. Bu və ya digər ərəb ölkəsinin Suriyanın hər hansı layihəsində iştirak etmək məsləhət görülməyib. Bir çox Suriya məmurlarının ərəb ölkələrinə gediş-gəlişlərinə qadağa qoyulub. Həmin şəxslərin siyahısı bir müdət sonra KİV-lərə təqdim ediləcək. Suriyanın bir çox vəzifəli şəxslərinin ƏDL-dəki bank hesablarının dondurulması nəzərdə tutulub.
ƏDL-in Suriyaya qarşı sanksiya tətbiq etməsinin başlıca səbəbi Bəşər Əsədin ölkədə baş verən siyasi böhranı dinc yolla aradan qaldırmaq istəməməsi olub.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...