PDF Oxu

Dünya

  • 990

Misirdə Hüsnü Mübarək devrildikdən sonra ilk dəfə olaraq seçkilər keçirilib

Misirdə Hüsnü Mübarək devrildikdən sonra ilk dəfə olaraq seçkilər keçirilib

"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Misirdə parlament seçkilərinin ilkin mərhələsi başlanıb. 2011-ci ilin fevralında prezident Hüsnü Mübarək istefa verdikdən sonra indiyədək seçki keçirilməmişdir. Seçkilər 3 mərhələdə keçiriləcək. Seçkilərin ikinci və üçüncü mərhələsi, müvafiq olaraq, dekabrın 14-də və yanvarın 3-də keçiriləcək. Ölkənin müxtəlif əyalətlərində səsvermə müxtəlif vaxtlarda keçiriləcək.

"Röyters"in məlumatına görə, səsvermənin birinci mərhələsi noyabrın 28-də yerli vaxtla səhər saat 8-dən 19-dək keçiriləcək. Həmin gün səs verə bilməyənlər bu işi növbəti gün icra edəcəklər. Səsvermənin hər üç mərhələsi iki gün ərzində davam edəcək. Bu cür qərarı Misirin Ali Hərbi Şurası noyabrın 25-də qəbul edib. Səsvermənin müddəti uzadıldığı üçün Misirin yeni parlamentinin formalaşması yanvarın 11-dən tez baş tutmayacaq.

Son həftə Misirdə kütləvi etiraz aksiyaları bərpa edilmişdi. Nümayiş iştirakçıları Ali Hərbi Şuradan hakimiyyəti və parlament idarəçiliyini mülki şəxslərə təqdim etməyi tələb edirdi. "BBC Nyus"un məlumatına görə, qarşıdurma zamanı 41 nəfər həlak olmuş, 2 min nəfərdən çox insan bədən xəsarəti almışdır.

Əvvəllər də Misirin hərbi rəhbərliyi hakimiyyət dəyişikliyinə razılıq vermişdi. Ölkənin yeni baş naziri vəzifəsinə Kamal Qanzuri təyin edilmişdi. Ali Hərbi Şura prezident seçkilərini 2012-ci ilin iyul ayınadək keçirəcəyini vəd edir.

Digər xəbərlər