"RİA-Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyanın silah alışı üzərinə embarqo qoyulması əleyhinə çıxıb. Onun dediyinə görə, analoji embarqo Liviya üzərinə ikili standartlar prinsipi üzrə tətbiq edilmişdi. "Embarqo Liviya ordusuna münasibətdə tətbiq edilsə də, müxalifətçilər də həmin silahlardan əldə edə bilmişdilər. Fransa və Qətər Liviyaya silah göndərdiklərini etiraf etmişidilər" deyə S.Lavrov etiraf etmişdir.
S.Lavrov Suriyaya silah qoyuluşunun qadağan edildiyi bir vaxtda hökumətə müxalif qüvvələrin fəal tərzdə silah əldə etdiklərini bildirir. Rusiya naziri Ərəb Dövlətləri Liqasının (ƏDL) Suriyaya münasibətdə qoyuduğu qadağalara da öz etirazını bildirib. O, Yəməndə hadisələrin gedişinin müsbət istiqamətə yönəlməsini də misal çəkməyi unutmamış və burada bir neçə ay aparılan danışıqlardan sonra dinc nizamlanma planının işə düşdüyünü bildirmişdir.
Xatırladırıq ki, ƏDL Suriya üzərinə iqtisadi sanksiyanı noyabrın 27-də tətbiq etmişdi. Ertəsi gün isə Avropa Birliyi Suriya üzərinə iqtisadi sanksiya tətbiq etmişdir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...