PDF Oxu

Dünya

  • 1 054

Livan ərazisindən İsrailə bir neçə raket zərbəsi endirilib

Livan ərazisindən İsrailə bir neçə raket zərbəsi endirilib

"Frans Press" informasiya agentliyinin TSAXAL hərbi komandanlığına əsaslanaraq, yaydığı məlumata görə, noyabrın 29-na keçən gecə Livandan İsrail ərazisinə bir neçə raket mərmisi atılıb. Raket zərbələri Qalileyanın qərb hissəsinə endirilib. Buna cavab olaraq, İsrail hərbçiləri əks tərəfə bir neçə raket zərbəsi endirib. "TSAXAL komandanlığı baş vermiş insidenti ciddi qəbul edir və bu cür hadisələrin davam edəcəyi təqdirdə, Livan ərazisinə keçəcəyini bildirir" deyə "Röyters" TSAXAL nümayəndələrinin sözlərini oxucularına çatdırır. Bu cür hadisə ilk dəfə 2009-cu ildə Livan-İsrail sərhədində müşahidə edilmişdir.

İsrailin kütləvi informasiya vasitələrinin məlumatlarına görə, Livanın cənubundan Qalileyanın qərb hissəsinə dörd raket mərmisi atılıb. Ancaq onların heç biri partlamayıb. İsrail və Livan arasında ən böyük silahlı konflikt 2006-cı ildə baş vermişdir. O vaxt 34 gün ərzində baş verən silahlı qarşıdurma nəticəsində Livan tərəfdən 1200, İsrail tərəfdən isə 160 nəfər həlak olmuşdu.

Digər xəbərlər