PDF Oxu

Dünya

  • 971

Pakistan NATO-ya etiraz əlaməti olaraq Əfqanıstan üzrə konfransı boykot edir

Pakistan NATO-ya etiraz əlaməti olaraq Əfqanıstan üzrə konfransı boykot edir

"Röyters" informasiya agentliyinin yaydığı məlumata görə, Pakistan hökuməti gələn həftə Bonnda keçiriləcək Əfqanıstan üzrə beynəlxalq konfransda iştirak etməkdən imtina edib. Bu yolla İslamabad ötən istirahət günlərində Əfqanıstanla sərhəd yaxınlığında NATO aviasiyasının bombardmanı nəticəsində 24 nəfər Pakistan hərbi qulluqçusunun öldürülməsinə öz etirazını bildirmişdir. ABŞ, NATO və Əfqanıstanda sülhün nizamlanması üzrə beynəlxalq qüvvələrin (İSAF) komandanlığı baş verən hadisənin "nəzərdə tutulmayan səhv" olduğunu bəyan edərək, İslamabada başsağlığı vermiş və üzr istəmişdir. Ancaq Pakistan öz müttəfiqlərini bağışlamaq niyyətində deyil. İslamabad bu hadisədən sonra həmkarlarına ölkə ərazisindən hərbi kontingentin keçirilməsini qadağan etmiş və Amerika pilotsuz uçan aparatlarının yerləşdiyi aviabazalardan birini bağlamışdır. Pakistan hökuməti bundan sonra ABŞ və NATO-ya münasibətin əvvəlki kimi isti olmayacağını da bəyan etmişdir.

Hazırda ABŞ-da baş verən insidentin yoxlanılması üzərində işlənilir. Təhqiqatın nəticələrinin dekabrın 23-də elan ediləcəyi bildirilir.

Digər xəbərlər