"Röyters" informasiya agentliyinin yaydığı məlumata görə, noyabrın 30-da, Tehranın radikal gənclərinin hücumundan sonra, Böyük Britaniya bu ölkədəki səfirliyini bağlamaq və öz diplomatlarını İraq ərazisindən evakuasiya etmək qərarını qəbul edibdir. "Frans Press" agentliyinin məlumatına görə, Britaniya diplomatlarının birinci qrupu Tehran aeroportundan Londona uçmağa hazırlaşıblar.
Noyabrın 29-da gündüz İran iqtidarını təmsil edən bir qrup tələbə Böyük Britaniyanın Tehrandakı diplomatik missiyasına hücum edibdir. Onlar Britaniya bayrağını çıxarıb yandırmış və yerinə İran bayrağı sancmışlar. Bundan sonra isə, onlar səfirliyi binasına soxulub, otaqları talan ediblər. Şəhərin şimalında yerləşən səfirliyin ofisinə hücum edən İran tələbələri 6 nəfəri girov götürmüşdü. Bir müddət sonra polis həmin şəxsləri azadlığa buraxmışdır. Britaniyanın xarici işlər naziri Uilyam Heyq İranda baş verən hadisələri şərh edərkən, ələ keçirilən şəxslərin heç də "girov" olmadıqlarını qeyd edib.
Qanun pozuntusu tərəfdarları bu hərəkətləri ilə Londonu Tehrana münasibətdə sanksiyalardan çəkindirməyə cəhd etdiklərini bildiriblər. Noyabrın 21-də Böyük Britaniya İranın bütün bankları ilə arasında olan bütün tranzit aksiyalarını tamamilə dayandırıbdır. Londonda belə hesab edirlər ki, İran bankları öz hökumətlərinin nüvə proqramlarını maliyyələşdirir.
Böyük Britaniyanın Tehrandakı diplomatik missiyalarına hücum kəskin etiraz doğurubdur. U.Heyq Tehranı hədələmiş, ABŞ prezidenti Barak Obama və dövlət katibi Hillari Klinton İranın hakimiyyət dairələrini təhqiqat aparmağa və günahkarları cəzalandırmağa çağırıbdır. BMT-nin baş katibi Pan Gi Mun da İran tələbələrinin bəd əməllərini pisləyibdir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...