PDF Oxu

Dünya

  • 1 302

Gün ərzində Çində yüz milyon  adam yoxsula çevrilib

Gün ərzində Çində yüz milyon adam yoxsula çevrilib

"Sinxua" informasiya agentliyinin yaydığı məlumata görə, Çində bir gün ərzində yoxsul kəndlilərin sayı 26 milyondan 128 milyona çatıb. Yoxsulların səviyyəsinin bu cür kəskin surətdə aşağı düşməsinin səbəbi yoxsulluq həddi qazancının bir gün ərzində 55 sentdən bir dollara qalxması ilə izah edilməlidir (bu göstərici Çində il ərzində 1,274 min yuandan 2,3 min yuana çatır). Çində yoxsulluq həddi 1,25 dollara çataraq, Ümumdünya Bankı standartına yaxınlaşıb. Çində yoxsullara ödəniləcəyi nəzərdə tutulan büdcə vəsaitinin həcmi gələn il 20 faiz artaraq, 4,2 milyard dollara çatacaq. Çinin kütləvi informasiya vasitələrinin məlumatına görə, 2000-ci ildən 2010-cu ilədək yoxsulluq həddində yaşayan çinlilərin ümumi sayı 94 milyondan 26 milyon nəfərə enib. 1990-2010-cu illərdə ümumidaxili məhsulun həcmi il ərzində 10 faiz artıb. 1978-ci ildə Kommunist Partiyasının keçmiş başçısı Den Syaopinin apardığı bazar islahatları nəticəsində Çin iqtisadi cəhətdən güclü ölkəyə çevrilmişdir. O vaxtdan etibarən Çinin ümumidaxili məhsulun həcmi, nominal ifadə ilə, 100 dəfə artmışdır. Hazırda Çin iqtisadiyyatı dünyada ikinci yeri tutur.

Digər xəbərlər