"Əl-Ərəbiyyə" telekanalının məlumatına görə, noyabrın 28-də Misirdə başlanmış ümumxalq seçkilərinin birinci mərhələsi Ali Hərbi Şura hakimiyyəti əleyhinə nümayişlər və qanun pozuntusu ilə başa çatıbdır. "Haaretz" qəzetinin yazdığına görə, noyabrın 29-da axşam naməlum silahlı şəxslər Qahirənin mərkəzində etiraz aksiyası keçirənlərə hücum ediblər.
Onlar nümayişçilərə odlu silahdan atəş açır və üzərlərinə "Molotov kokteylləri" atırdılar. "Əl-Ərəbiyyə" telekanalının məlumatına görə, 80 nəfər bədən xəsarəti alıb. Telekanal iki gün əvvəl seçkilərin gedişində heç bir problemin olmadığını bildirir.
Bülletenlərin ilkin hesablanmasından sonra, seçkilərdə "Müsəlman qardaşlar" islamçı hərəkatından təşkil edilmiş Azadlıq və Ədalət Partiyası (AƏP) liderlik edir. AƏP-in qalib gələcəyi təqdirdə, bu partiya yeni hökuməti formalaşdırmaq hüququ qazanacaq. AƏP nümayəndələri parlamentdəki yerlərin üçdə birini tutacaqlarına əminliklərini ifadə edirlər. Ultramühafizəkar islamçı partiya olan "Nur" AƏP elektoratının bir hissəsini öz tərəfinə çəkəcəyinə ümid edir.
"Haaretz" qəzetinin yazdığına görə, seçkilərdə iştirak edən seçicilərin ümumi sayı kifayət qədər çox olubdur. Misirdə keçirilən noyabr seçkiləri gənc seçicilərin həyatında ilk demokratik seçkilər idi. Seçkilərin digər mərhələləri 2012-ci ilin 11 yanvarınadək davam edəcək.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...