Almaniya Federal Administrasiya Məhkəməsi 18 yaşlı Berlin müsəlmanı M.Yunusa məktəbdə dua etməyi qadağan edib. Məhkəmənin qərarına əsasən, məktəblinin məktəbdə dua etməsi təhsil müəssisə daxilindəki nizam-intizamın pozulmasına yönəldilir. "Dpa" agentliyinin məlumatına görə, məhkəmə haqqında söhbət gedən məktəbdə xüsusi vəziyyəti nəzərə alıb. Qərarda deyilir ki, bu məktəbdə oxuyan uşaqlar beş müxtəlif dinə ibadət edirlər. Məhkəmənin bu qərarı ölkənin Federal Konstitusiya Məhkəməsində ləğv edilə bilər. Ancaq o vaxtadək məktəbi bitirməkdə olan M.Yunus imtahan verib ali məktəbə daxil ola bilər. Buna görə də, onun məhkəmənin sonrakı gedişində iştirak edəcəyi şübhə doğurur.
Yeniyetmə ilə məktəb administrasiyası arasında dörd il əvvəl başlanan konflikt bu gün də davam edir. O vaxt M.Yunusun 14 yaşı vardı. Məktəb rəhbərliyi M.Yunusa və onun müsəlman dostlarına tənəffüs zamanı məktəbin dəhlizlərində namaz qılmağı qadağan etmişdi. Məktəb rəhbərliyi bu fikri əsas tuturdu ki, Almaniyada təhsil kübar xarakteri daşıyır və təhsil müəssisələrində rəsmi dua mərasimləri keçirilə bilməz. M.Yunusun valideynləri istisna olunmaqla digər yeniyetmələrin valideynləri məktəb rəhbərliyinin fikri ilə razılaşmışdılar.
M.Yunusun valideynləri isə məhkəmə iddiası qaldırmışdır. 2008-ci ilin martında Berlin Administrasiya Məhkəməsi yeniyetmənin məktəbdə dua etmək hüququnu tanımış və belə bir qərar çıxarmışdı ki, oğlana dini ibadəti yerinə yetirmək üçün xüsusi otaq ayrılsın. "Şpigel"in yazdığına görə, yerli hakimiyyət dairələri 2009-cu ildə apellyasiya şikayəti etmiş, nəticədə, 2010-cu ilin mayında Berlinin Ali Administrasiya Məhkəməsi aşağı instansiyanın qərarını ləğv etmişdi.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...