"BBC Nyus" informasiya agentliyinin yaydığı məlumata görə, London polisi noyabrın 30-da keçirilən etiraz aksiyasının 75 nəfər iştirakçısını həbs etmişdir. Həbs edilənlərin 21 nəfəri Londonun qərb hissəsində ofislərdən birini ələ keçirməyə cəhd etdiyi üçün nəzarət altına alınıb. Həmkarlar İttifaqlarının məlumatlarına görə, Londonda etiraz aksiyalarında 25 min nəfərə yaxın adam iştirak edib. Londonda keçirilən etiraz aksiyası pensiya islahatları əleyhinə yönəldilmişdi. Birmingemdə etiraz aksiyalarında 30 min nəfər iştirak edib. Mançesterdə küçələrə cəmi 15 min nümayişçi yığışıb. Kardiff şəhərində üç min nəfər nümayişə çıxıb.
Ölkənin təhsil nazirliyinin məlumatına görə, nümayiş keçirilən gün İngiltərə dövlət məktəblərinin 62 faizi bağlanmış, 14 faizi isə ixtisar edilmiş qrafik üzrə işləmişdi. Şotlandiyada 2700 məktəbdən yalnız 33-ü işləmişdir. Uelsdə 1776 məktəbdən 1500-ü bağlanmışdı. Şimali İrlandiyada məktəblərin üçdə ikisi işləmirdi. Şimali İrlandiyada avtobuslar və qatarlar işlərini tamamilə dayandırmışdılar. Britaniyanın nəhəng Xitrou və Qetvik aeroportları öz işini davam etdirmişdir. Böyük Britaniyada keçirilən etiraz aksiyaları ölkənin koalisiya hökumətinin mühafizəkar başçısı Devid Kemeron və dövlət xəzinəsi üzrə kansler Corc Osbornun pensiya vergilərinin artırılması və pensiyaçıların yaş həddinin 2026-cı ilədək 67-yə çatdırılması təklifini irəli sürdükdən sonra başlanmışdır. D.Kemeron keçirilən tətilləri "uğursuz zarafat" adlandırıb. Nazirlər kabinetinin üzvü Ferensis Mod etiraz aksiyalarında iştirak edən əksər dövlət qulluqçularına öz təşəkkürünü bildirmiş və tətil aksiyasını "məsuliyyətsizlik və lüzumsuz" tədbir kimi xarakterizə etmişdir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...