PDF Oxu

Dünya

  • 1 129

Angela Merkel “Taliban”la  danışıqlara hazır olduğunu açıqladı

Angela Merkel “Taliban”la danışıqlara hazır olduğunu açıqladı

"General-Anzayger Bonn" nəşrinə müsahibə verən Almaniya kansleri Angela Merkel "Taliban"la Əfqanıstanın gələcəyindən danışıqlar aparmağa hazır olduğunu açıqladı.

Taliblər danışıqlara qoşulmaq bilər istəyirlərsə, talibləri o şərtlə danışıqlara qoşula bilər ki, onlar "Əl-Qaida" ilə hər cür əlaqələri kəssinlər. NATO-nun öz qoşunlarını Əfqanıstandan çıxarılması haqda məsələyə toxunan A.Merkel bir müddət əvvəl nəzərdə tutulan müddətin təxirə salınacağını istisna etməyib. Əvvəllər Almaniya hökuməti Bundesfer əsgərlərini Əfqanıstan ərazisini 2014-cü ildə tərk edəcəklərini bildirirdi.

Dekabrın 5-də Bonn şəhərində Əfqanıstanın gələcəyinə həsr edilmiş konfrans keçirilmişdi. Həmin tədbirdə Əfqanıstan prezidenti Həmid Karzayi, Almaniyanın xarici işlər naziri Gido Vestervelle, ABŞ-ın dövlət katibi Hillari Klinton və 60-dan çox digər ölkələrin xarici işlər nazirləri iştirak edəcəkdir.

Amerika kəşfiyyatının sənədlərinə əsaslanan "Bild" qəzetinin yazdığına görə, Həmid Kərzayı bu konfransı öz hökuməti üçün təhlükə hesab edir. Onun fikrincə, konfransda iştirak edən dövlətlər onu ölkənin idarəedici pultu arxasından uzaqlaşdırmaq istəyirlər. Qərb ölkələrində isə belə bir narahatlıq var ki, NATO qoşunları Əfqanıstan ərazisini tərk etdikdən dərhal sonra bu ölkədə vətəndaş müharibəsi başlayacaq.

Digər xəbərlər