PDF Oxu

Dünya

  • 1 218

Suriya müxalifəti Əsəd rejimi əleyhinə birləşib

Suriya müxalifəti Əsəd rejimi əleyhinə birləşib

"Əl-Cəzirə" telekanalının məlumatına görə, dekabrın 1-də Türkiyə ərazisində Ankara bayrağı altında iki müxalifətçi təşkilat olan Suriya Milli Şurası və Suriya Azadlıq Ordusu arasında danışıqlar aparılmışdır. Bu təşkilatların hər ikisi Suriya prezidenti Bəşər Əsəd hakimiyyətinin devrilməsinə çalışır.

Məlumata görə, danışıq aparan tərəflər bir-birilərini rəsmi surətdə tanıyıblar. Suriya Milli Şurası nümayəndəsinin dediyinə görə, Suriya Azadlıq Ordusu hazırkı hakimiyyət əleyhinə silahlı mübarizə aparan real qüvvədir. Bu xoş sözə cavab olaraq, Suriya Azadlıq Ordusu nümayəndələri Suriya Milli Şurasının müxalifətin başlıca siyasi strukturu olduğunu bəyan ediblər. Hər iki tərəf gələcəkdə də daim əlaqə vasitəsilə öz fəaliyyətlərini koordinasiya edəcəklərini bildirib.

Suriya Milli Şurası ölkədə və eləcə də, Bəşər Əsədin siyasi əleyhdarlarını öz ətrafına toplayıb. Suriya Azadlıq Ordusu isə müxalifətçilər tərəfinə keçmiş Bəşər Əsəd rejiminin əleydarlarından ibarət zabit və əsgərlərdən təşkil edilmişdir. Onların başında Suriya hərbi-hava qüvvələrinin polkovniki Riyad Musa Əsəd durur. Həmin şəxs təşkilatı sığınacaq aldığı Türkiyədən idarə edir.

Əvvəllər Suriya Milli Şurası Bəşər Əsəd rejiminin devrilməsi üçün zorakı metodları qəbul etmir və inqilabın dinc yolla qalib gələcəyini bildirirdilər. Suriya Azadlıq Ordusu isə əgər rejim nümayişçilərə güllə atırsa, onlara güllə ilə də cavab vermək lazımdır.

Digər xəbərlər