PDF Oxu

Dünya

  • 1 059

Avropa Birliyi İran üzərinə sanksiya tətbiq etdi

Avropa Birliyi İran üzərinə sanksiya tətbiq etdi

"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, dekabrın 1-də Avropa Birliyi ABŞ, Kanada və Böyük Britaniyadan sonra İran üzərinə iqtisadi sanksiya tətbiq edib. Avropa Birliyinin tətbiq etdiyi sanksiyalar bir neçə İran kompaniyasına və 180 nəfər ölkə vətəndaşına aiddir.

"Röyters"in məlumatına görə, Avropa Birliyinin "qara siyahısı"na dövlətin nəzarət etdiyi nəqliyyat kompaniyaları və İranın nüvə proqramında işləyən bəzi şəxslər daxildir. Fransanın xarici işlər naziri Alen Jüppenin dediyinə görə, Avropa Birliyi, Tehranın İran neftinin Avropaya ixracına embarqo tətbiq edəcəyi təqdirdə, öz həmkarları ilə fəaliyyət proqramı da işləyib hazırlayacaq.

İran üzərinə sanksiyaların tətbiqi MAQATE komissiyasının məruzəsindən sonra tətbiq edilib. Komissiyanın məlumatına görə, Tehran dinc təhqiqatlar adı altında daldalansa da, nüvə silahı hazırlaya bilər. İran bu cür ittihamları qətiyyətlə rədd edir və nüvə obyektlərinin dinc məqsədlə gerçəkləşdirdiyini bildirir.

Noyabrın 29-da radikal əhval-ruhiyyə üzərində köklənmiş İran gənclərinin Böyük Britaniyanın nümayəndəliyinə hücumundan sonra, noyabrın 30-da London, ondan sonra isə Norveç Tehranda öz səfirliklərini bağlamışdır. Almaniya, Niderland, Fransa, İtaliya və İsveç Tehrandakı səfirliklərini bağlamışdır.

Digər xəbərlər