PDF Oxu

Dünya

  • 1 268

Xorvatiyada keçirilən seçkilərdə “Kukureku” koalisiyası qalib gəlib

Xorvatiyada keçirilən seçkilərdə “Kukureku” koalisiyası qalib gəlib

"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Xorvatiyada keçirilən parlament seçkilərində müxalifətçi Sosial-Demokrat Partiyası (SDP) və "Kukureku" koalisiyasının başçısı Zoran Milanoviç qalib gəlib. Xorvatiya MSK-sı bu nəticəyə bülletenlərin 50 faizini yoxladıqdan sonra gəlib. Bununla da "Kukureku" koalisiyası parlamentindəki 151 yerdən 76-sını əldə edib. Hazırda iqtidarda olan ölkənin baş naziri Yadranki Kosarın başçılıq etdiyi "Xorvat Demokratik Birliyi" ("XDB") cəmi 47 mandat qazanıb. Bu, Kosar üçün məğlubiyyət hesab edilsə də, o, partiyasının yaxşı nəticə göstərdiyini bildirir. İqtidarda olan partiyanın populyarlığının azalmasının səbəbi "XDB"-nin bir sıra korrupsiya qalmaqallarına qatılması olmuşdur. Cari ilin oktyabrında Xorvatiyada təşkil edilmiş cinayətkarlığa qarşı mübarizə bürosu (USKOK) iqtidarda olan "XDB"-yə qarşı genişmiqyaslı təhqiqat işlərinə başlamışdı. Şübhəli bilinənlər arasında Xorvatiyanın keçmiş baş naziri İvo Sanaderin və bir neçə tanınmış siyasətçinin adı hallanmışdır.

"XDB" 1991-ci ildə Xorvatiya Yuqoslaviyadan ayrıldıqdan sonra, ölkənin iqtidar partiyası hesab olunur. 2001-2003-cü illərdə parlamentdə rəhbər mövqe sol mərkəzçi koalisiyanın əlinə keçmişdir. Yandarki Kosarın "XDB"-si 2009-cü ildə hakimiyyətə gəldikdən sonra, korrupsiyaya qarşı mübarizəni özünün başlıca vəzifəsi elan etmişdir. Hökumət koalisiyasına "Kukureku" adının verilməsi eyni adlı restoranda həmkarlarla aparılan danışıqlarla əlaqədar olmuşdur. Bu koalisiyaya Xorvatiya Xalq Partiyası, İstriya Demokratik Assambleyası və Xorvatiya Təqaüdçüləri Partiyası daxildir. Xorvatiya parlamenti dörd il müddətinə seçilir və deputatların sayı 100 və 160 rəqəmləri arasında var-gəl edir.

Digər xəbərlər