"Röyters" informasiya agentliyinin məlumatına görə, dekabrın 4-də Sloveniyada keçirilən parlament seçkilərində şəhər meri Lyublyan Zoran Yankoviçin başçılıq etdiyi müxalifətçi sol mərkəzçi partiya əksər səs çoxluğu toplayaraq, liderlik edir. Bülletenlərin dördə üç hissəsi yoxlandıqdan sonra, mer Lyublyanın təmsilçisi olduğu "Zoran Yankoviç Siyahısı - Pozitiv Sloveniya" partiyası 29,5 faiz səs qazanıb. Ölkənin keçmiş baş naziri Yanez Yanşın başçılıq etdiyi Sloveniya Demokratik Partiyası 25,9 faiz səs toplaya bilib. İqtidarda olan baş nazir Borut Paxorun başçılıq etdiyi "Sosial-Demokratlar" 10,3 faiz səslə kifayətlənib.
"Röyters"in məlumatına görə, "Sosial-Demokratlar"ın uğursuzluğu politoloqlar tərəfindən proqnozlaşdırılmışdır. Seçkilərdən əvvəl keçirilən rəy sorğularında Sloveniya Demokratik Partiyasının qalib gələcəyi gözlənilirdi. Politoloqlar şəhər meri Lyublyanın partiyasına ikinci yeri vermişdilər.
Seçkilərdən sonra Zoran Yankoviçin partiyası koalisiya formalaşdırmalı olacaq. Sloveniyanın baş naziri Borut Paxor "Zoran Yankoviç Siyahısı" ilə danışıqlara hazır olduğunu bildirib. "Röyters" qeyd edir ki, "Sosial-Demokratlar" parlament üzvlərinin əksəriyyətinin dəstəyini 2011-ci ilin mayında itirmişdilər, sentyabrda isə Sloveniya qanunvericilik orqanı Paxor hökumətinə etimadsızlıq votumu qəbul etmişdi. Məhz növbədənkənar seçkilər də bundan sonra keçirilmişdir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...