PDF Oxu

Dünya

  • 1 440

Misir seçkilərinin birinci mərhələsində islamçılar qalib gəlib

Misir seçkilərinin birinci mərhələsində islamçılar qalib gəlib

"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Misirdə ümumxalq seçkilərinin birinci mərhələsində islamçı partiyalar qalib gəlib. Dekabrın 4-də verilən məlumata görə, Azadlıq və Ədalət Hərəkatı Partiyası (Müsəlman Qardaşlar)36,62 faiz, "Nur" Ultramühafizəkar İslam Partiyası 24,36 faiz səs qazanıb. Onların ardınca "Misir Bloku" liberal koalisiyası 13,35 səslə addımlayır.

Səsvermə 2012-ci il yanvarın ortalarınadək davam edəcək. Qarşıda daha iki seçki mərhələsi durur. Hazırda parlamentdə yerlərin necə paylanacağı haqda məlumat vermək tezdir. Bununla belə, islam partiyalarının əksər səs çoxluğu qazanacağı şübhə oyatmır. "Assoşieyted Press"in məlumatına görə, seçkilərin ikinci mərhələsi dekabrın 5-də başlayacaq. Parlament seçkiləri başa çatdıqdan sonra 100 nəfərdən ibarət komissiya heyəti seçiləcək və onlar Misirin yeni konstitusiyasını yazacaqlar.

Son seçkilər son bir neçə onillik ərzində Misirdə keçirilən ilk demokratik seçkilər hesab edilir. Ölkənin hərbi rəhbərliyi 2012-ci ilin iyulunadək parlament seçkilərinin başa çatacağını bildirib. Məhz bundan sonra prezident seçkiləri keçiriləcək və hakimiyyətin sükanı mülki hökumətə təhvil veriləcək.

Digər xəbərlər