"Bloomberq" informasiya agentliyinin yaydığı məlumata görə, Fransa və Almaniya Avrozona ölkələri arasındakı əməkdaşlığı bundan sonra da davam etdirmək və borc böhranını aradan qaldırmaq əzmindədir. Agentlik bu haqda Fransa prezidenti Nikolya Sarkozi və Almaniya kansleri Angela Merkelin bəyanat verdiklərini bildirib. Siyasətçilərin birgə bəyanatları "Standard & Poor’s" agentliyinin 15 Avrozona ölkəsinin kredit reytinqini baxılmaq üçün yerləşdirmək təklifini irəli sürdükdən sonra səslənmişdir. Avropanın iki nəhəng iqtisadi ölkəsi olan Fransa prezidenti və Almaniya kansleri regionda sabit inkişafın təmin edilməsi üçün "hər bir tədbiri" görməyə hazır olduqlarını bildiriblər. Ölkə başçıları bu işi təklikdə görməməyi təklif edir və uğuru Avrozona ölkələrinin hamısının koordinasiyasının nəticəsi olduğunu bildirirlər.
Avropa maliyyə nazirləri qrupunun sədri Jan-Klod Yunker "Standard & Poor’s"un fəaliyyətini "ədalətsiz şişirtmə" kimi xarakterizə edilir. O öz mövqeyini "Doylandfunk" alman radiosuna verdiyi müsahibəsində ifadə edib. Yunker bu cür çıxışları eşitdikdə, "çox da narahat olmadığını, ancaq təəccübləndiyini" bildirmiş və son vaxtlar siyasətçilərin böhranı aradan qaldırmaq üçün beyinlərini çox yüklədiklərini vurğulamışdır. Fransa Mərkəzi Bankının başçısı Kristian Nuaye məlum agentliyin iqtisadiyyatdan çox siyasət amili ilə əlaqədar olduğunu bildirib.
Avrozona ölkələrinin kredit reytinqlərinə yenidən baxılması yaxın üç ay ərzində onların 50 faiz həddində enəcəyi ehtimalını möhkəmləndirir. Reytinqlərinin enəcəyi nəzərdə tutulan ölkələr arasında reytinq səviyyələri "AAA" maksimal dərəcədə yüksək olan Fransa, Almaniya, Niderland, Finlandiya, Avstriya və Lüksemburqun adı çəkilir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...