"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Beliçkada il yarım davam etmiş hökumət böhranından sonra, hakimiyyəti formalaşdırmaq mümkün olmuşdur. Kral II Albert Vallon (frankodilli) sosialisti Erio di Rüponu ölkənin baş naziri postuna təyin etmişdir. Maliyyə naziri postunu nazirliyə 1999-cu ildən başçılıq edən Flamand əsilli Didye Reynder tutub. Reynder həm də xarici işlər naziri vəzifəsini icra edəcək. Nazirlərin tam siyahısı Beliçka monarxının saytında yerləşdirilib.
Dekabrın 6-da yeni hökumət xalq qarşısında sədaqət andı içib. Dekabrın 7-də yeni hökumət öz proqramını Beliçka parlamentinə təqdim edəcək və etimad votumu səsverməsinə gedəcək. Bundan sonra, di Rüpo Avropa Birliyi sammitinə qatılmaq hüququnda olacaq. Yeni hökumətin formalaşdırdığı koalisiyaya altı partiya daxil olub. "Wall Street Journal"ın yazdığına görə, partiyalar arasında separatçı Flamand partiyası olan N-VA (Yeni Flamand Alyansı) təmsil olunmur.
Beliçkada hökumət böhranı 2010-cu ilin iyununda başlanmışdı. O vaxt seçkilərin nəticələrinə görə, parlamentdəki yerlərdən 27-ni Flamand separatçıları almışdılar. Di Rüponun təmsilçisi olduğu Sosialist Partiyası parlamentdə 26 yer tutmuşdu.
"BBC"-nin məlumatına görə, di Rüpo son 30 il ərzində ölkənin ilk Vallon baş naziri və 1974-cü ildən etibarən ilk sosialistidir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...