PDF Oxu

Dünya

  • 1 153

ABŞ Pakistandakı aviabazalarını evakuasiya edir

ABŞ Pakistandakı aviabazalarını evakuasiya edir

"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ Pakistanın Belucistan əyalətində yerləşən Şəmsi aviabazasının evakuasiyasına başlayıb. Xatırladırıq ki, noyabrın 26-da NATO-ya məxsus hərbi vertolyotun Pakistan blokpostuna endirdiyi raket zərbəsi nəticəsində 24 nəfər Pakistan hərbçisi həlak olmuşdu. ABŞ-ın Şəmsi aviabazasını köçürməyə başlaması haqda məlumatı Amerikanın İslamabaddakı səfiri bəyan edib. ABŞ-ın Pakistandakı diplomatik missiyasının başçısı Kemeron Manterin dediyinə görə, Vaşinqton İslamabadın tələblərinə müsbət cavab verərək, dekabrın 11-dək Şəmsi bazasındakı şəxsi heyəti və hərbi texnikanı çıxaracaqdır.

Pakistan hökuməti Əfqanıstanla sərhəddə yerləşən blokpostda 24 nəfər əsgərin ölümü ilə nəticələnən hadisəni məqsədyönlü təcavüzkar aktı kimi qiymətləndirir. İnsidentdən dərhal sonra Pakistan hökuməti NATO hərbi qüvvələrinin təchizatını dayandırmaq haqda qərar qəbul etmişdir. Bu qərardan sonra Şimal Alyansını yanacaqla təmin edən Pakistan Assosiasiyası da NATO-nu boykot etdiyini bəyan edib.

ABŞ prezidenti Barak Obama baş vermiş hadisə ilə əlaqədar Pakistan prezidenti Asif Əli Zərdariyə başsağlığı verib və insidentin təhqiqatını aparacağını vəd etmişdir. ABŞ-ın dövlət katibi Hillari Klinton da həlak olan əsgərlərin yaxınlarına başsağılığı vermişdir.

Digər xəbərlər