ABŞ-ın Suriyadakı səfiri Robert Ford Dəməşqə qayıdıb və vəzifələrinin icrasına başlayıb. Məlumatı "Frans Press" agentliyi yayıb. O, təxminən ay yarım əvvəl məsləhətləşmələrin keçirilməsi üçün Vaşinqtona çağırılmış və o vaxtda Suriyaya qayıtmamışdı. Səfirin geri çağırılmasına suriyalıların onun ünvanına çoxsaylı təhdidləri səbəb olmuşdu. Sentyabrın sonlarında səfirin özü və Amerika diplomatik missiyasının digər əməkdaşları kütlənin hücumuna məruz qalmışdı. Hücum Robert Fordun qiyam qalxan şəhərlərə səfərindən sonra baş vermişdi. Səfir səfəri zamanı ABŞ-ın Bəşər Əsəd rejiminin əleyhdarlarına dəstəyini ifadə etmişdi. Suriya hakimiyyəti Robert Fordun bu addımını ölkənin daxili işlərinə qarışmaq və kütləvi iğtişaşlara təşviq kimi dəyərləndirmişdi. Robert Ford Dəməşqi tərk etdikdən sonra Suriya da öz səfirini Vaşinqtondan geri çağırıb. Bununla belə, ölkələr diplomatik münasibətləri dayandırmayıblar. Qeyd edək ki, ABŞ rəsmiləri dəfələrlə Bəşər Əsədi öz vətəndaşlarına qarşı zorakılıqları dayandırmağa, ölkədə demokratik islahatlar keçirməyə və istefaya getməyə çağırıblar. Bəşər Əsəd isə bu çağırışlara reaksiya verməyib. Suriyada üsyan bu ilin martında başlayıb. Son aylar ərzində nümayişçilərin polis və hərbçilərlə toqquşmaları zamanı güc strukturlarının azı 1000 əməkdaşı və 4500-dən çox dinc sakin həlak olub.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...