PDF Oxu

Dünya

  • 1 004

ABŞ İranda  virtual səfirlik açıb

ABŞ İranda virtual səfirlik açıb

ABŞ-ın İranda virtual səfirliyi fəaliyyətə başlayıb. Virtual səfirlik bu internet ünvanlarında yerləşir: iran.usembassy.gov; persian.iran.usembassy.gov; tehran.usembassy.gov. Oktyabrın 26-da "Amerikanın səsi"nin fars redaksiyasına açıqlama verən Hillari Klinton İran xalqı ilə əlaqə saxlamaq üçün Tehranda internet vasitəsilə virtual səfirlik açacaqlarını bəyan etmişdi. ABŞ-la İran arasında diplomatik münasibətlər 1979-cu ildən kəsilib. Həmin il İran İslam Respublikasının qurucusu ayətullah Xomeyninin tərəfdarı olan bir qrup tələbə ABŞ-ın Tehrandakı səfirliyini ələ keçirərək 52 amerikalı diplomatı girov götürüb. Dekabrın 6-da ABŞ dövlət katibi Hillari Klinton deyib ki, İran xalqı ilə birbaşa əlaqə saxlamaq artıq mümkün olub: "Müasir texnologiyadan faydalanaraq İranla ABŞ vətəndaşları arasında əlaqə saxlamaq artıq mümkündür. Bu virtual mühit İranla ABŞ vətəndaşlarının siyasət və mədəniyyət sahəsindəki dialoqu üçün yaradılıb".

Digər xəbərlər