Rusiyanın baş naziri Vladimir Putin 2012-ci ilin martın 4-də keçirələcək prezident seçkilərində namizədliyinin qeydə alınması üçün Mərkəzi Seçki Komissiyasına sənədlərini şəxsən təqdim edib. Sənədlərə baxılması isə 10 gün çəkir. Putinin namizdəliyi "Vahid Rusiya" Partiyası tərəfindən 27 noyabrda irəli sürülmüşdü. Seçkilər martın 4-də keçiriləcək. Yeri gəlmişkən, baş nazirin partiyası bazar günü keçirilmiş parlament seçkilərində əvvəlki seçkilərlə müqayisədə nəzərəçarpan dərəcədə səs itkisinə məruz qalmasının acısını yumşaltmağa çalışır.
"Vahid Rusiya" partiyası rəhbərliyi qarşısında çıxış edən Vladimir Putin deyib ki, hakimiyyətdə olan istənilən partiya üçün seçki zamanı səs itkisi qaçılmazdır: "Bəli, itkilər olub, və onlar qaçılmazdır. Hakimiyyətdə olan hər bir partiyanın, xüsusən də məsuliyyət yükünü birinci il deyilki daşıyan partiya üçün səs itkisi qaçılmazdır". Vladimir Putin eləcə də Rusiyada nüfuzlu bloger Navalny və digərlərin hakim partiyanın korrupsiyaya uğraması barədə ittihamlarını rədd edib. O, partiyasına bu məsələ ilə məşgul olmağı tapşırıb.
Rusiyada parlament seçkisinin nəticələrinə etiraz aksiyaları isə ötən gecə də davam edib. Paytaxt Moskvanın Trifumfalnaya meydanında aksiya keçirən "Həmrəylik" hərəkatının lideri Boris Nemtsov və müxalif "Başqa Rusiya" hərəkatının lideri Eduard Limonov həbs edilsələr də, sonradan azad ediliblər. Onlar sadəcə "rədd olsun hökumət!" şüarı səsləndirdiklərinə görə saxlandıqlarını bildiriblər. "Yabloko" partiyasının lideri Serqey Mitroxinin də bir müddət təcridxanada qaldıqdan sonra azad edildiyi bildirilir. Moskva polisinin məlumatına görə, ümumilikdə paytaxtda 300-dək adam saxlanıb. Müxalifət tərəfdarları və hərəkatlar dekabrın 10-da ümumrusiya nümayişinə çıxmağa çağırır. Moskvada aksiya keçirməyə yalnız "Həmrəylik" hərəkatına icazə verilib. Aksiya iştirakçılarının sayına 300 nəfərlik məhdudiyyət qoyulub. Etiraz aksiyaları Rusiyanın digər şəhərlərində də keçirilib. Sankt-Peterburqda 60-a yaxın etirazçının həbs olunduğu bildirilir. Aksiya iştirakçıları "Putinsiz Russiya" şüarları səsləndiriblər. Polis ümumilikdə ölkə boyu 600-ə qədər iştirakçını saxlayıb. Müxalifətin nümayişlərinin əksinə olaraq Putinin tərəfdarları Qızıl meydanda hakim partiyanın dəstəkləyən aksiya keçiriblər.
Rusiya internet şəbəkələrində Moskvanın mərkəzində yeni etiraz aksiyaların keçirilməsinə dair çağırışlar yerləşdirilir. Rusiyanın "V kontakte" internet sosial şəbəkəsində blogerlər "bütün namuslu insanları Şaxta Babadan Yeni İldə Putinsiz Rusiyanı" arzu etməyə çağırırlar.
Mitinqlərdən sonra isə səhmlərin qiymətdən düşməsi xəbərləri yayılıb. Enişin etirazlarla bağlı olmasına dair ekspertlərin rəyi fərqlənir, lakin hadisələrin investorlar üçün əhəmiyyət kəsb etdiyində şübhə edən yoxdur. Bəzi təhlilçilər hesab edir ki, Moskva və Sankt-Peterburqda baş verən olaylar biznes dairələrdə narahatlıqla qarşılanıb. Rusiya kimi inkişaf edən bazarlara sərmayə qoyanlar üçün seçkilərin gözlənilməz nəticələri və yaxud da hakimiyyətin dəyişməsi haqqında xəbər pis siqnaldır. Bu fikirdə olanlar deyirlər ki, çərşənbə axşamı Rusiya bazarları daha çox daxili hadisələrə reaksiya verib. Belə ki, Avropa birjalarında ticarət sessiyaları artımla başa vurulub. Ən çox ucuzlaşmaya dövlət şirkətlərinin səhmləri məruz qalıb. Moskva birjasında VTB, Sberbank, Rosneft və Qazpromun səhmləri qiymətdə itirib. "Bazarlar seçkilər ardınca siyasi reaksiya gözləyib və buna cavab verir" - deyə Reuters agentliyinə Verno Capital investisiya fondunun təhlilçisi Roland Nas bildirib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...