PDF Oxu

Dünya

  • 1 331

Litva rəhbərliyi “NATO-nun yaxınlaşmasını” arzulayır

Litva rəhbərliyi “NATO-nun yaxınlaşmasını” arzulayır

"Delfi.İt" nəşrinin yazdığına görə, Litvanın xarici işlər naziri Audronyus Ajubalis Baltikyanı ölkələrdə "NATO-nun iştirakını" çox istədiyini bəyan edib. Qəzet Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Şimali Atlantika Alyansının öz hərbi qüvvələrini Rusiya ətrafında sıxlaşdırmasını tənqid etdiyini şərh edib. Bu ərəfədə S.Lavrov Vilnüsdə ATƏT-in Nazirlər Şurasının görüşündə iştirak edirdi. O, çıxışında NATO-nu öz öhdəliklərini kobud surətdə pozaraq, öz hərbi qüvvələrini alyansın yeni üzvlərinin ərazilərində dislokasiya etdiyini qeyd etmişdir. S.Lavrov Kalininqrad vilayətində raket komplektinin quraşdırılmasının beynəlxalq öhdəliklərlə səsləşdiyini bildirmişdir. Xatırladırıq ki, bu məsələ Litvada ciddi narazılıq doğurmuşdur.

A.Ajubalis isə öz çıxışında NATO Silahlı Qüvvələrinin Pribaltikada iştirakının kifayət qədər az olduğunu bildirmiş və alyansın bu ərazidə mövqelərini möhkəmləndirməsini regionda sülhün qarantı kimi qəbul etdiyini bildirmişdi. "Bu, daha təhlükəsiz və daha rahat təminat deməkdir" deyə A.Ajubalis bildirmişdir.

Litvanın xarici işlər naziri A.Ajubalis son illər ərzində Pribaltika ətrafında Rusiya hərbçilərinin manevrlərinin narahatlığa səbəb olduğunu bildirmişdir. O, Kalininqrad vilayətinə S-400 raket-zenit komplekslərinin yerləşdirilməsinin Pribaltika üçün təhlükəli olduğunu qeyd edib.

Digər xəbərlər