PDF Oxu

Dünya

  • 1 124

Almaniya Pirat Partiyası dəstəyini itirir

Almaniya Pirat Partiyası dəstəyini itirir

"Ştern" jurnalı və "RTL" telekanalının keçirdiyi son rəy sorğularının nəticələrinə görə, 2011-ci ilin sentyabrında torpaq seçkilərində uğur qazanmış Almaniya Pirat Partiyası son vaxtlar seçicilərinin dəstəyini itirməyə başlamışdır. Bu partiyanın tərəfdarlarının sayı ölkə əhalisinin 6 faizini təşkil edirdi. Bir neçə həftə əvvəl daha 9-10 faiz alman əhalisi piratları dəstəkləməyə hazır idi. Bu da piratların Berlin Landtaqına keçməsi üçün kifayət idi. Buna baxmayaraq, piratlar parlament seçkilərində 5 faizlik baryeri aşa biləcəklərinə inanırlar. Piratların lideri Kristofer Lanq "Local" qəzetinə verdiyi müsahibədə partiyanın populyarlığının aşağı düşməsini kütləvi informasiya vasitələrində zəif işıqlandırılması ilə əlaqələndirmişdir. "Local" qəzetinin qeyd etdiyinə görə, piratların sırasında ultrasağ milli-demokratların və sayentoloqların keçmiş üzvlərinin təmsil olunmalarının da, partiyanın populyarlığının azalmasında rolu ola bilərdi. Qəzet yazır ki, ölkə əhalisinin böyük əksəriyyəti piratları yalnız internet saytlarında azadlıq müdafiəçiləri kimi tanıyır. Bunu nəzərə alan piratlar öz proqramlarında sosial-iqtisadi məsələ ilə daha ciddi şəkildə məşğul olacaqlarını bildiriblər.

Son məlumatlara görə, Xristian-Demokratik Birliyi rəyi soruşulanların 35, Sosial-Demokratik Partiyası 26, "Yaşıllar" 16, "Sollar" 9, "Azad Demokratlar" isə 3 faizinin dəstəyini qazanırlar.

Digər xəbərlər