PDF Oxu

Dünya

  • 1 151

Moskvada və Sankt-Peterburqda 170 nəfər həbs edilib

Moskvada və Sankt-Peterburqda 170 nəfər həbs edilib

Dekabrın 7-də Moskvada keçirilmiş icazəsiz mitinqlərdə 70 nəfər saxlanılıb. Saxlanılanların əksəriyyəti Triumfal meydanında mitinq keçirirdi. "Druqaya Rossiya" partiyasının nümayəndəsi Aleksandr Averin faktın doğruluğunu təsdiq edib. Onun dediyinə görə, həbs edilənlərin əksəriyyəti "Druqaya Rossiya" partiyası, "Solidarnost" hərəkatının üzvləri və Dövlət Dumasının beşinci çağırışının deputatı İlya Ponomaryov olub.

Moskva Daxili İşlər İdarəsinin məlumatına görə, bundan başqa, daha 20 nəfər polis tərəfindən saxlanılıb. "Solidarnosti" hərəkatı üzvlərinin məlumatına görə, nümayişçilərin 19 nəfəri Basman polis məntəqəsinə gətirilib. Daha 13 nəfər Presnen məntəqəsinə aparılıb. Bir neçə nəfər Meşşan, Taqan və Xamovniki məntəqələrinə aparılıb.

Sankt-Peterburqun Qostinni Dvorunda keçirilən etiraz aksiyalarında 100 nəfər həbs edilib. Onların böyük əksəriyyəti administrativ sorğu-sualdan sonra buraxılıblar.

Digər xəbərlər