PDF Oxu

Dünya

  • 1 110

İsrail Yerusəlimin baş məscidinə girişi məhdudlaşdırıb

İsrail Yerusəlimin baş məscidinə girişi məhdudlaşdırıb

"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, dekabrın 12-də Yerusəlimin hakim dairələri təhlükəsizlik məsələləri ilə əlaqədar Muqrabi ağac körpü vasitəsilə Məbəd dağında yerləşən Əl-Aksa məscidinə girişi məhdudlaşdırıb. "Yerusəlim Post" qəzetinin yazdığına görə, şəhər hökuməti Məbəd dağını Ağlar Divarla birləşdirən taxta körpünü bağlayıb. Onlar meşə yanğınları nəticəsində körpünün yanacağından ehtiyat edirlər. Yerusəlim administrasiyası nümayəndəsinə əsaslanan "Yerusəlim Post" qəzeti yazır: "Uçacağı ehtimal edilən körpü Ağlar Divar yanındakı meydana tökülə və divarın qadınlar hissəsindəki dindarları şikəst edə bilər. Körpü yanarsa, həm Ağlar Divara, həm də Məbəd dağı ərazisinə zərər vura bilər",

Körpü bağlandıqdan sonra, turistlərin və qeyri-müsəlmanların məscidə keçidi xidməti personalın köməyi ilə gerçəkləşdiriləcək. Müsəlmanlar isə məbəd kompleksinə Ağlar Divar tərəfindəki xüsusi keçidlər vasitəsilə keçəcək. Körpünün nə vaxt açılacağı haqda məlumat verilmir.

İsrail hökuməti 2004-cü ildə quraşdırılmış taxta körpünü çoxdan torpaq körpü ilə əvəz etmək istəsə də, həm Fələstin müsəlmanlarının, həm də qonşu dövlətlərin etirazlarından çəkindiyi üçün bu işi başa çatdıra bilmir. 2011-ci ilin oktyabrında hakimiyyət dairələri noyabrın 28-dək Müqrabi körpüsünü sökmək istəsələr də, son məqamlarda baş nazir Binyamin Netaniyahu Misirdəki həyəcanlarla əlaqədar körpünün dağıdılmasını dayandırmışdı.

Digər xəbərlər