"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, İordaniyanın paytaxtı Əmman şəhərində yerləşən Suriya səfirliyi hücuma məruz qalıb.
Səfirliyin mətbuat xidmətinin məlumatına görə, 10 nəfərdən çox adam səfirliyin binasına soxularaq onların qarşısını almağa çalışan mühafizəçiləri, səfirin müavinini, konsulu, bir neçə başqa diplomatı və missiyanın digər əməkdaşlarını döyüblər. Məlumata görə, hücum edənlər xüsusi geyimdə olub və əllərində Suriyanın Fransanın koloniyası olduğu dövrdəki bayraqları tutublar. Mühafizəçilər hücum edənlərin birini tutub İordaniya hökumətinə təqdim ediblər. Sonralar yerli polis əməkdaşları daha 8 cinayətkarı tutmağa müvəffəq olub.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...