Almaniya hökuməti ultrasağ Milli-Demokratik Partiyasının (MDP) neonasistlərlə əlaqədə ittiham edilən liderlərindən birini həbs etdikdən sonra, bu partiyanın fəaliyyətini yenidən qadağan etmək qərarı qəbul edib. "Röyters"in məlumatına görə, bu yöndə bəyanat Almaniyanın daxili işlər naziri Hans-Peter Fridrix tərəfindən verilmişdir.
"DAPD" agentliyinin qeydinə görə, hazırda federal hökumətdə və 16 torpaq hökumətində milli-demokratların fəaliyyətlərinin qadağan edilməsi yönündə normativ-hüquqi bazalar üzrə hazırlıq gedir. Almaniyada iri partiyalar hesab edilən Sosial-Demokratik Partiya (SDP) və Xristian-Demokratik Birliyi (XDB) gələcək fəaliyyət strategiyaları yönündə heç bir ümumi rəy əldə etməyib. Sosialistlər MDP-nin fəaliyyətinin dərhal dayandırılmasını dərhal tələb edir, xristian-demokratlar isə gələcək uğursuzluqlardan sığortalanmaq üçün atılan hər bir addımı diqqətlə ölçüb-biçməyi məsləhət görürlər.
MDP-nin fəaliyyətini qadağan etmək cəhdinə ilk dəfə 2001-ci ildə əl atılıb. 2003-cu ildə bu cəhd uğursuzluqla nəticələnib. Məhkəmə şahidlərin dəlillərinin əsassız olduğu qərarını qəbul etmişdi. Bu dəfə Almaniya hökuməti milli-demokratların 1998-ci ildə neonasist təşkilat olan "Məxfi Milli-Sosialistlər"ə ("MMS") qoşularaq, 10 qətl, 14 qarət və bir neçə terror aktı törətməkdə ittiham edir. 2011-ci il noyabrın axırlarında polis neonasistlərlə əlaqəsi olan 36 yaşlı milli-demokrat Ralf Vollebeni həbs etmişdir. Bu şəxs nenasistlərlə birlikdə 6 nəfəri qətlə yetirməkdə, 1 nəfərin isə həyatına qəsd etməkdə ittiham edilir. Hazırda MDP parlamentdə iki torpaqla - Saksoniya və Meklenburq - Ön Pomeraniya ilə təmsil olunur. Partiya üzvləri federal parlamentdə düşə bilməyiblər. 1952-ci ildə Almaniya Federativ Respublikası hökuməti Konstitusiya Məhkəməsinin qərarı ilə Sosialist Reyxspartiyanı, 1956-cı ildə isə Almaniya Kommunist Partiyasının fəaliyyətini qadağan edib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...