"Saudi Nyus Today" qəzetinin Küveytdə nəşr edilən "Əs-Siyas" qəzetinə əsaslanaraq, yazdığına görə, Yəmənin cənubunda ABŞ-ın xüsusi xidmət orqanı əməkdaşları ilə əlaqədə şübhəli bilinən minimum 20 nəfər yəmənli edam edilib. Yerli qəbilənin rəhbərlərindən birinin dediyinə görə, "MKİ agentləri" "Əl-Qaida" silahlıları tərəfindən qətlə yetiriliblər. Yəmənin şəriət məhkəməsi isə ABŞ mütəxəssisləri ilə əməkdaşlıq edən 16 yerli sakini oğurluqda ittiham edərək, əllərinin kəsilməsi hökmünü verib. Qəzet hökmün icra edildiyini yazır. Yerli rəhbərin dediyinə görə, Abian əyalətinin əhalisi mütəmadi olaraq baş verən bu cür hadisələrə mənfi münasibət göstərir və kütləvi surətdə ərazini tərk edir. Onun dediyinə görə, hazırda 150 min nəfərdən çox adam qaçqın düşüb. Keçmiş prezident Əli Abdulla Salehin könüllü surətdə istefa verməkdən imtina etməsi Yəmənin cənubunda "Əl-Qaida" silahlılarının fəallaşmasına səbəb olub. Onlar burada Yəmən ordusuna və dinc əhaliyə hücumlar edirlər. Bunu nəzərə alan yerli əhalinin bir çoxu onları duz-çörəklə qarşılayır.
Yerli qəbilə rəhbərinin Küveyt qəzetinə verdiyi müsahibədə deyilir: "Bu hadisələr terrorçuların hakimiyyətini tanımaq istəməyən əhalinin cəzalandırılması mənasını verir." Yəmən müxalifəti bu hadisələrdə "Əl-Qaida" silahlılarından istifadə etməklə ölkədə qeyri-sabitlik yaradan istefaya gedən Salehin günahkar olduğunu bildirir. ABŞ terrorçuların Səudiyyə Ərəbistanı yaxınında olmasından narahatlığını bildirir və Salehə "Əl-Qaida" silahlıları ilə mübarizə aparmaq üçün böyük məbləğdə pul ayırır. Bununla yanaşı, ABŞ Yəmənin cənub hisəsində pilotsuz uçan təyyarələr vasitəsilə "Əl-Qaida" silahlılarının düşərgələrinə raket zərbələri endirir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...