"Dailu Teleqraf" qəzetinin yazdığına görə, ABŞ prezidenti Barak Obamanın atasının 68 yaşlı keçmiş arvadı Kezia Obama Britaniya vətəndaşlığı alıb. Vətəndaşlıq hüququnu təsdiq edən sənədi ona, keniyalı qadının son 10 il ərzində yaşadığı Berşir qraflığında şəxsən Breknell şəhərinin meri təqdim edib.
Kezin deyir ki, Breknelldə yaşamaq onun xoşuna gəlir, nəhayət, ona Böyük Britaniya vətəndaşı adı verilməsinə görə özünü xoşbəxt hiss edir. "Burada yaşayan insanlar xoşuma gəlir. Onların simaları çox xoşdur. Mən burada özümü evimdəki kimi hiss edirəm" deyə Kezin "Dailu Teleqraf"a verdiyi müsahibəsində bildirir. Kezin oğulluğu Barak Obmanın ikinci müddətə prezident seçiləcəyinə inandığını bildirir. Kezin Breknelldə öz qohumları əhatəsində yaşayır.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...