PDF Oxu

Dünya

  • 846

Belçikada baş vermiş kütləvi qətlin təhqiqatı başa çatıb

Belçikada baş vermiş kütləvi qətlin təhqiqatı başa çatıb

"Frans Press" informasiya agentliyinin prokuror Daniel Reyndersə əsaslanaraq, dekabrın 14-də yaydığı məlumata görə, Beliçkanın Lejye şəhərində baş vermiş partlayışlar və atəş nəticəsində 33 yaşlı cinayətkar Nordin Amrani də daxil olmaqla, 4 nəfər həlak olub, 60 nəfərdən çox adam yaralanıb. Əvvəllər 6 nəfərin həlak olduğu bildirilirdi.

Prokurorluğun məlumatına görə, N.Amrani dekabrın 13-də səhər qonşusu evdar qadını evinə dəvət edib qətlə yetirmişdir. Sonra o şəhərin mərkəzi meydanına çıxaraq bir neçə qumbara partladıb və ətrafa atəş açıb. Nəticədə, 1 nəfəri körpə də olmaqla, 3 nəfər həlak olub. Bundan sonra cinayətkar tapançadan başına atəş açıb. Əvvəllər onun əlində qumbara partladığı bildirilirdi.

Hüquq-mühafizə orqanları insidentin terror aktı olduğunu inkar etmişlər. Ancaq onlar N.Amraninin ağlının başında olduğunu etiraf edirlər. Törətdiyi cinayət hadisəsindən əvvəl, N.Amrani arvadının bank hesabına böyük məbləğdə pul köçürərək, ona bu sözləri yazıb qoymuşdur: "Məhəbbətim mənim, mən səni sevirəm. Sənə uğurlar!"

Polis N.Amraninin zəngin kriminal bioqrafiyaya malik olduğunu bildirir. Onun 20-dək cinayət epizodunda iştirakı üzə çıxıb. 2008-ci ildə N.Amrani silah və narkotik maddə saxlamaqda ittiham edilərək, 5 il müddətinə azadlıqdan məhrum edilsə də, 2010-cu ilin payızında vaxtından əvvəl həbsxanadan buraxılmışdır.

Digər xəbərlər