"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, dekabrın 14-də Xorvatiya prezidenti İvo Yosipoviç Sosial Demokratik Partiyasının (SDP) lideri Zoran Milanoviçə hökuməti formalaşdırmağı tapşırıb. Dekabrın əvvəllərində SDP-nin üzv olduğu "Kukuriku" sol mərkəzçi bloku parlament seçkilərində uğur qazanıb. Z.Milanoviçin hökumət yaratmaq üçün 30 gün vaxtı var. O, gələn həftə yeni nazirlər kabinetinin yığıncağını keçirmək istəyir.
"Kukuriku" nümayəndələri parlamentdəki 151 yerdən 80-ni tutublar. Əvəllər iqtidarda olan həmkarları "Xorvatiya Demokratik Birliyi"nə (XDB) cəmi 47 yer çatıb. SDP sol mərkəzçi bloku partiyaları arasında ən böyüyüdür. Bu bloka həm də Xorvatiya Xalq Partiyası, İstriya Demokratik Assambleyası və Xorvatiya Pensiyaçılar Partiyası daxildir. Z.Milanoviçin başlıca vəzifəsi 2013-cü ildə Xorvatiyanın Avropa Birliyinə ağrısız qəbul edilməsinə nail olmaqdır.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...