"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, dekabrın 15-də Fransa məhkəməsi keçmiş prezident Jak Şirakın büdcə vəsaitlərinin oğurlanmasında əli olduğunu, vəzifə səlahiyyətlərini açdığını sübut etmiş və ona 2 il şərti cəza kəsmişdir. "Röyters"in məlumatına görə, məhkəmənin qərarı 79 yaşlı J.Şirakın iştirakı olmadan elan edilmişdir. Keçmiş prezidentin yaddaşında geriləmələr müşahidə edilməkdədir. Fransa qanunçuluğuna əsasən, J.Şirak 10 il azadlıqdan məhrum edilə və 150 min məbləğində cərimə ödəməyə məhkum edilə bilərdi.
İstintaqın məlumatına görə, J.Şirak 1992-1995-ci illərdə Paris meri postunu tutarkən paytaxt administrasiyasında 28 saxta iş yeri açmış və təmsilçisi olduğu "Respublikanı Dəstəkləyən Birlik" (RDB) partiyası üçün əlavə maliyyə qaynağı yaratmışdı. Fransa prokurorluğu sentyabr ayının axırlarında müəyyən etmişdi ki, J.Şirakın rəhbərliyi ilə həmin vaxt şəhər merliyi, həqiqətən də, "ölü canlılar" praktikasına əl atmışdı.
J.Şirakın məhkəməsi 2011-ci ilin martında başlamış və prossesual qayda pozuntuları ilə əlaqədar dayandırılmışdır. Məhkəmə dinləmələri sentyabrın 5-də yenidən bəra edilmiş və J.Şirak xəstə olduğu üçün qiyabi rejimdə aparılmışdır. J.Şirak Paris meri postunu 1977-1995-ci illərdə tutmuş, 1995-2007-ci illərdə isə Fransa prezidenti seçilmişdir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...