PDF Oxu

Dünya

  • 967

ABŞ demokratları milyonçuların vergilərindən imtina edib

ABŞ demokratları milyonçuların vergilərindən imtina edib

"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ-ın Demokratlar Partiyası Konqresə Amerika milyonçularının yüksək səviyyədə vergi ödəmələri haqqında təqdim edilmiş qanun layihəsini dəstəkləməkdən imtina etmişdir. Bu qanun layihəsinin son müddəti dekabrın 31-də başa çatacaq amerikalıların vergi imtiyazlarının uzadılması haqda aparılan danışıqlar prosesinin bir hissəsidir. Demokratlar təklif edirdilər ki, ölkənin o vətəndaşlarının vergiləri artırılmalıdır ki, il ərzində milyon dollardan artıq qazanc götürmüş olsunlar. Bu da imtiyazların genişləndirilməsi məqsədilə gəlirlərin kompensasiyası demək olardı. Respublikaçılar isə imtiyazlar haqda qanun layihəsinin yeni formulada hazırlayıb ilin axırlarınadək onun Senatdan keçməsini istəyirdilər. İki partiya arasında anlaşılmazlığın bir səbəbi də yaxın bir neçə il ərzində dövlət xərclərini bir trilyon dollar məbləğində aşağı salmaq olmuşdur. Əvvəllər hər iki partiya bu müddəanı bəyənmişdi. Ancaq son vaxtlar demokratlar bu müddəanı dəstəkləməkdən imtina edirlər.

Demokratların planına əsasən, 1,9 faiz həcmində olan yeni vergi məbləği yaradılmalıdır. Bu məbləğ bir il ərzində milyon dollardan artıq qazancı olan hər bir ölkə vətəndaşı üzərinə tətbiq edilməlidir. Bu zaman ABŞ zəhmətkeşlərinin qalanlarının vergiləri azaldılmalıdır. Varlıların vergilərinin artırılması haqda təkliflər ölkə büdcəsinin defisiti ilə əlaqədar üzə çıxmışdı. Son üç il ərzində ABŞ-ın büdcə defisiti trilyon dollar məbləğini aşmışdır. Nəticədə, ölkənin ümummilli borc 100 faizə çatmışdır və bu gün də artmaqda davam edir.

Digər xəbərlər